Türkiyə Mətbəxindən: Məşhur Kısır Resept
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Türklərin təkcə qızıl (altın) günlərinin deyil, hər yeməyinin yanında aparıcı rol oynayan bir qəlyanaltı resepti. Hələ də siz məşhur kısır hazırlayıb dadına baxmamısınızsa, bu resept sizin üçündür.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 böyük stəkan incə bulqur1/2 stəkan isti su
1 ədəd soğan
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı bibər pastası
1 çay qaşığı tomat pastası
3 ədəd təzə soğan
1/2 bağlama cəfəri
1/2 ədəd limonun suyu
1 qəhvə fincanı sızma zeytun yağı
Hazırlanma qaydası:
Bulqurun üzərinə qaynar su əlavə edin və ağzını örtüb 5 dəqiqə gözləyin.
Ayrı bir qazanda 1 xörək qaşığı zeytun yağı və xırda doğranmış soğanı qızardın.
Sonra tomat pastasını əlavə edib bir müddət qızardın və ocaqdan götürün.
Şişmiş bulqurun üzərinə qovrulmuş soğan və tomat pastası qarışığını əlavə edib yaxşıca qarışdırın.
İstədiyiniz ədviyyatlar, limon suyu və sızma zeytun yağını əlavə edib yaxşıca yoğurun.
Son olaraq xırda doğranmış cəfəri və soğanı əlavə edib qarışdırın və servis qablarına qoyun.
Zövqünüzə görə kahı, limon və narla bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋 .

Şərhlər 0
Şərh Yaz