Bol Şərbətli : Türkiyə Mətbəxindən Şəkərparə Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Şirniyyat evlərində gördüyünüz və gözünüzü çəkə bilmədiyiniz şəkərparə hazırlamağa nə deyirsiniz?

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
100 qram kərə yağı1/2 stəkan pudra şəkər
1 stəkan mannı
2 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
300 qram un
Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 kasa fındıq
Şərbət üçün:
5 stəkan su
5 stəkan şəkər tozu
3-4 damcı limon suyu
Hazırlanma qaydası:
Şərbəti hazırlamaq üçün qazana su və şəkər tozunu əlavə edib qaynadın.
Qaynamağa başlayanda limon suyunu əlavə edib ocağı söndürün.
Yoğurma qabına kərə yağı, yumurta, şəkər tozu, mannı,qabartma tozu, vanil və unu əlavə edib yaxşıca yoğurun.
Orta ölçülü soba qabına qoz böyüklüyündə qoparıb hazırladığınız şəkərparələri düzün və üzərinə yumurta sarısı çəkib,fındığı batırıb 170 dərəcədə sobada yaxşıca şişənə qədər bişirin.
Şəkərparə sobadan çıxan kimi ilıq şərbəti üzərinə tökün və şərbəti canına çəkdikdən sonra çayın yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz