Küçə Ləzzəti Evinizdə: Gonbul Toyuq Sendviçi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Küçə ləzzətlərindən imtina edə bilməyəcəyinizi nəzərə alıb,Mir.az küçənin ən dadlı ləzzəti olan gonbul toyuq sendviçini evinizə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
250 qram toyuq bonfile1 xörək qaşığı kərə yağı
1/2 çay qaşığı kimyon
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 çay qaşığı acı bibər tozu
2 ədəd gonbul sendviç çörəyi
1 ədəd pomidor
4 yarpaq kahı ( qıvırcıq )
Hazırlanma qaydası:
Toyuqları uzun zolaq şəklində doğrayın.
Tavanı qızdırın və qızdırılan tavaya kərə yağı əlavə edin. Yağ əriyəndə toyuqları əlavə edib qarışdıraraq bişirin. (İstəyirsinizsə, soba torbasında 1 çay stəkan su ilə də toyuğu bişirə bilərsiniz.)
Toyuqlar suyunu buraxdıqda ədviyyatları əlavə edin və toyuqlar yaxşı bişənə qədər qarışdırmağa və bişirməyə davam edin.
Pomidorları doğrayın, kahı yarpaqlarını yuyub qurudun.
Sendviç çörəyini yarıya bölün və içinə toyuq əlavə edib üzərindən isə kahı və pomidor qoyun. Bu qədər asan! Sendviç hazırdır.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz