Buğda Unu ilə: Şəkərsiz Qış Keksi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Pəhriz və ya sağlam olmaq üçün yeməyin aşağı kalorili olması lazım deyil. Qidanın tərkibi daha vacibdir.Sadə bir keks yeyib 150 kalori almaqla qoz, xurma və əncirli keks yemək eyni deyil!
Mir.az şəkərsiz qış keksi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
2 ədəd yumurta2 xörək qaşığı bal
1 xörək qaşığı tahin
5 ədəd qoz
2 ədəd quru əncir
1 çay fincanı isti süd
1.5 stəkan tam buğda unu
1 paket qabartma tozu
Üzəri üçün:
4 ədəd xurma
1 çay qaşığı kakao
Hazırlanma qaydası:
Yumurta və balı çaldıqdan sonra ilıq süd və tahini əlavə edib qarışdırın.
Ardı ilə un ,qabartma tozu, qoz və ənciri əlavə edib taxta qaşıqla qarışdırın.
Sonda üzərinə kakaoya batırılmış xurma töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə nəzarətli şəkildə bişirin.
Bişdikdən sonra dilimləyib çay və ya qəhvənin yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz