Azərbaycancaaz
Mir.az » Resept » Bol Ədviyyatlı: Qızarmış Çörək Kubları ( Croutons ) Resepti

Bol Ədviyyatlı: Qızarmış Çörək Kubları ( Croutons ) Resepti

23
asan resept,asan yemək resept,sadə resept
1 kasa10 calories, 1 kasa grams fat
Bol Ədviyyatlı: Qızarmış Çörək Kubları ( Croutons ) Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qızarmış Çörək ( Croutons ) resepti.
Təbii ki, evdə qalan çörək dilimləri bayatlaşmağa meyilli olanda biz onlardan əl çəkməyəcəyik.Acılı kruton (croutons) resepti o çörəkləri qiymətləndirmək üçün var. İstər çovdar, istər tam taxıl,istər ağ çörək ,istərsə də tost çörəyi ,başqa sözlə, müəyyən qalınlığa qədər doğranmış bütün çörək dilimlərindən ədviyyatlı çörək kubları hazırlana bilər.Bu reseptdə biz tavada bişirməyi üstün tutduq, istəsəniz 190 dərəcədə sobada 15 dəqiqə alt-üst rejimdə bişirib eyni nəticəni əldə edə bilərsiniz.
Zeytun yağı, sarımsaq, təzə və quru ədviyyatlarla ətirli çörək kublarını qaşıq-qaşıq içdiyiniz şorbaların yanında ləzzətlə yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 kasa nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

4 dilim tost çörəyi (və ya digər çörəklər)
4 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq (əzilmiş)
2 çay qaşığı kəklikotu
2 çay qaşığı qırmızı toz bibər
2 çay qaşığı pul bibər
1/4 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Çörəyi kub formasında doğrayın.
Kiçik bir qaba zeytun yağı, kəklikotu, pul bibər,qırmızı bibər, qara bibər tozu və sarımsaq əlavə edib qarışdırın.
Çörəkləri tavaya töküb istədiyiniz rəngə çatana qədər qızardın. Üzərinə yağlı qarışığı əlavə edin və 1 dəfə çevirdikdən sonra ocaqdan götürün.
Bu mərhələdə sobadan istifadə etmək istəyirsinizsə, 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirə bilərsiniz.
Krutonlarınız hazırdır.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz