Qoxusu Rahatlıq Verir: Kişmişli Yulaflı Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bir neçə əsas inqrediyentlə evdə dadlı peçenye hazırlaya və ondan tam həzz ala bilərsiniz.Sizə lazım olan bir əsas inqrediyent var, o da yulafdır.
Mir.az yulaflı peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nimçə nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
175 qram otaq temperaturunda kərə yağı1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 çay qaşığı vanil ekstraktı
1 çay qaşığı darçın
1 çay qaşığı zəncəfil
1 paket qabartma tozu
3/4 stəkan yulaf
1.5 stəkan un
1/2 stəkan kişmiş
Hazırlanma qaydası:
Otaq temperaturundakı kərə yağını şəkər tozu ilə qaymaq kimi olana qədər çalın.
İçinə yumurta və vanil ekstraktı əlavə edib 1 dəqiqə daha çalın.
Sonra qarışığa zəncəfil, darçın, qabartma tozu, yulaf və unu əlavə edib qarışdırın.
Sonda kişmişi əlavə edib qarışdırın və üzərini örtüb soyuducuda 1 saat saxlayın.
Soyuducudan çıxardıqdan sonra xəmiri istədiyiniz ölçüdə formaya salıb ,yağlı kağızı ilə örtülmüş soba nimçəsinə düzüb əvvəlcədən 180 dərəcə isidilmiş sobada təxminən 12-15 dəqiqə bişirin.
Sobadan çıxarıb otaq temperaturunda soyuduqdan sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz