Azərbaycancaaz
Mir.az » Resept » Südlü Mannılı Desert Resepti

Südlü Mannılı Desert Resepti

33
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Südlü Mannılı Desert Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Demək olar ki, hər evdə mövcud olan inqrediyentlərlə asanlıqla hazırlana biləcəyiniz bir desert resepti "Evdə asan mannalı deserti necə etmək olar?" deyənlər üçün Mir.a resepti təqdim edir!

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1 litr süd (5 stəkan)
9 xörək qaşığı mannı
10 xörək qaşığı şəkər tozu
1 paket vanil
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı darçın ( servis üçün)

Hazırlanma qaydası:

Qazana 1 litr soyuq süd ,10 xörək qaşığı şəkər tozu və 9 xörək qaşığı irmik əlavə edib qarışdıraraq zəif odda bişirin.
Üzərinə 1 paket vanil və 1 xörək qaşığı kərə yağı əlavə edib qarışdırıb ocaqdan götürün və soyumağa buraxın.
Şirniyyatı su ilə nəmlənmiş qəlibə tökün və soyumasını gözləyin. Soyuduqdan sonra ən azı 4 saat soyuducuda saxlayın.
Şirniyyat soyuduqdan sonra qəlibdən çıxarıb üzərinə darçın, kokos səpərək və ya sevdiyiniz meyvələrlə bəzəyərək süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz