Cəmi 3 İnqrediyentlə : Südlü Kemalpaşa Şirniyyatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Türklərin məşhur Kemalpaşa desertində ağır şərbət yoxdur.Süddə yavaş-yavaş bişirilir və yumşaldılır, sonra otaq temperaturunda soyudularaq süfrəyə verilir.Yumşaq teksturası Kemalpaşanı sevməyənləri belə sevdirir.Mir.az reseptdə hazır Kemalpaşa desertindən istifadə etdi.Ancaq siz istəsəniz evdə hazırlanan Kemalpaşa deserti reseptini də hazırlayıb üzərinə südlü şərbəti tökə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1 paket Kemalpaşa deserti1 litr süd
2 stəkan şəkər tozu
Hazırlanma qaydası:
Süd və şəkər tozunu qazana əlavə edin və şəkər tozu süddə həll olunana qədər orta istilikdə qarışdırın.
Şəkər əriyib süd bir az isinməyə başlayanda hazır olan Kemalpaşa desertini südün içinə atın.
Ara-sıra taxta qaşıq köməyi ilə səthə çıxanları südün içinə yüngülcə basaraq qoyun və vaxtaşırı qarışdırın.( Çox yumşaq olduğunu hiss edirsinizsə,süddən çıxarıb kənara qoyun)
Şərbət qatılaşdıqda və Kemalpaşa desertləri bir az yumşaldıqda ocaqdan götürün. ( Sərt qalarsa, süd əlavə edib yumşalana qədər bişirin).
Kemalpaşalar şərbəti yaxşıca çəkdikdən sonra otaq temperaturunda soyudun və sevdiklərinizlə bölüşün.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz