Azərbaycancaaz
Mir.az » Resept » Tam Tənbəl İşi : Salsa Souslu Toyuq Resepti

Tam Tənbəl İşi : Salsa Souslu Toyuq Resepti

21
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Tam Tənbəl İşi : Salsa Souslu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Mətbəxdə 15 dəqiqədə hazır olacaq ,mümkün qədər az qab çirklənəcək, qısa müddətdə hazırlanan mükəmməl bir resept təqdim edirik.
Salsa souslu toyuq tələbələr, subaylar və bişirməyi bilməyənlər üçün ideal bir reseptdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

4 ədəd toyuq filesi
1 qutu salsa sousu (təxminən 1 böyük fincan)
1 stəkan konservləşdirilmiş qarğıdalı
1 stəkan qırmızı lobya (bişmiş)
1 stəkan uzun düyü (basmati)
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı cajun ədviyyatı
1/2 çay qaşığı qara istiot
1 çay qaşığı duz (artırmaq və ya azaltmaq olar)
1 stəkan toyuq suyu
1 stəkan sürtgəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

Sobanı 190 dərəcəyə qədər qızdırın.
Düyünü yuyun.
Toyuq və holland pendirindən başqa bütün inqrediyentləri soba qabına qoyub qarışdırın.
Aldığınız qarışığın üzərinə toyuq filesini düzüb soba qabını alüminium folqa ilə möhkəm bağlayın və sobada 30 dəqiqə bişirin.
30 dəqiqədən sonra folqanı çıxarın və üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpib yenidən sobaya qoyun.
Pendirlər qızarmağa başlayanda yeməyiniz hazırdır.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz