Azərbaycancaaz
Mir.az » Resept » Məşhur Məzələrdən: Qatıqlı Kök Məzəsi Resepti

Məşhur Məzələrdən: Qatıqlı Kök Məzəsi Resepti

45
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Məşhur Məzələrdən: Qatıqlı Kök Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Mir.az asan və dadlı qəlyanaltı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

3 ədəd kök
1 kasa süzmə qatıq
2 diş sarımsaq
1 xörək qaşığı mayonez
2 çay qaşığı duz
2 xörək qaşığı maye yağ

Üzəri üçün:
3-4 ədəd qoz ləpəsi
2-3 ədəd şüyüd (incə doğranmış)

Hazırlanma qaydası:

Tavaya yağ və sürtgəcdən keçilmiş kökü əlavə edib kök qızarana qədər bişirin.
Bişmiş kökləri bir kənara qoyub tavaya qozları əlavə edin və bir az qızardın. (Bu addım məcburi deyil, lakin qozun daha dadlı olmasına kömək edir.)
Qatığı bir qaba töküb üzərinə kök, duz, əzilmiş sarımsaq və mayonez əlavə edib qarışdırın.
Məzə hazırdır. Servis boşqabına qoyub , üzərini qoz və şüyüdlə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz