Azərbaycancaaz
Mir.az » Resept » Özbəkistan Mətbəxindən : Özbək Plovu Resepti

Özbəkistan Mətbəxindən : Özbək Plovu Resepti

662
asan resept,asan yemək resept,sadə resept
445 calories, 4 grams fat
Özbəkistan Mətbəxindən : Özbək Plovu Resepti

Yemək Haqqında:

Özbəkistan mətbəxindən Plov resepti.
Geniş ailələrin süfrələrinə dərman olacaq bol tərəvəzli, ətli xüsusi bir yemək! Masanızda ona yer ayırın. Mir.az özbək plovu reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 1 ədəd kök
  • 1 ədəd soğan
  • 2 stəkan düyü
  • 1 baş sarımsaq
  • 250 qram ət ( quşbaşı doğranmış )
  • 2 xörək qaşıq kərə yağı
  • 1 xörək qaşığı maye yağ
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər

Hazırlanma qaydası:

Düyünü bir müddət suda isladın.
Əti yağ əlavə etmədən düdüklü qazana qoyun və suyunu buraxıb çəkdikdən sonra ətin səviyyəsindən çox olmayan su əlavə edib yarım saat bişirin. Bişmiş əti plov bişirəcəyiniz tavaya( və ya qazana) əlavə edin və üzərinə kərə yağı qoyub vam odda qovurun.Ardı ilə soğanı əlavə edib qovurmağa davam edin.
Kökü kibrit çöpü kimi doğrayıb ətə əlavə edin və 2-3 dəqiqə daha qovurun.
Suda saxladığınız düyünü süzüb qarışımam əlavə edin və bütün inqrediyentlər qovrulduqdan sonra isti su və duz əlavə edin.
Sarımsağın başını çarpaz şəkildə kəsib tavanın ortasına qoyun və qapağını örtüb bişməsinə icazə verin.
Plov bişdikdən sonra üzərinə qara bibər səpərək süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz