Azərbaycancaaz
Mir.az » Resept » Səhər Yuxudan Oyanmağa Səbəb : Kolbasalı Səhər Yeməyi Resepti

Səhər Yuxudan Oyanmağa Səbəb : Kolbasalı Səhər Yeməyi Resepti

234
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Səhər Yuxudan Oyanmağa Səbəb : Kolbasalı Səhər Yeməyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Səhər Yeməyi resepti.
Qarşınızda elə ləzzətli bir yemək var ki, insanı səhər isti yatağından qalxıb günə həvəslə başlamağa sövq edir. Odur ki, səhər yeməyində kolbasalı sote resepti sizi sevindirəcək.
Səhər yeməyində sizi bürüyən kolbasanın qoxusu azmış kimi,pomidor və bibər də əlavə olunaraq daha ləzzətli bir dada çevrilir. Adət etdiyimiz kimi kolbasa ilə yumurtanı bir araya gətirmək çoxumuzun ilk seçimidir, lakin bu ləzzəti daddıqdan sonra kolbasalı yumurtanı bir daha hazırlamayacaqsınız.
Mir.az inqrediyentlər hazırdırsa, sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

14 dilim kolbasa
2 ədəd pomidor
4 ədəd yaşıl bibər ( zövqə görə şirin və ya acı )
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Kolbasanın qabığını soyub dairə formasında kəsin. (Dilimlərin çox incə olmadığından əmin olun. ) Dairə formasında kəsdiyiniz kolbasaları yarıya bölün. Pomidorları və bibərləri doğrayın.
Tavaya zeytun yağı əlavə edib bibərlərin rəngi dəyişənə qədər -təxminən 3 dəqiqə qızardın.
Sonra doğranmış pomidorları əlavə edin və pomidorlar yumşalana qədər qovurun.
Sonda kolbasaları əlavə edib yaxşıca qarışdırın və qabın qapağını bağlayın və təxminən 3 dəqiqə daha bişirin.
Duz əlavə edib qarışdırın.
Ocağı söndürün və isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz