Azərbaycancaaz
Mir.az » Resept » Asan Şorba: Südlü Kartof Şorbası Resepti

Asan Şorba: Südlü Kartof Şorbası Resepti

40
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Asan Şorba: Südlü Kartof Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Budur, az miqdarda inqrediyentlə çox asan şəkildə hazırlanan südlü kartof şorbası.İndi şam yeməyinin ulduzu ilə tanış olun.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 ədəd soğan
2 ədəd orta ölçü kartof
3 xörək qaşığı maye yağ
1 xörək qaşığı un
1/2 stəkan süd
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
4 stəkan isti su (və ya bulyon)

Hazırlanma qaydası:

Tavaya yağı töküb soğanları əlavə edin və 1-2 dəqiqə qovurun.
Üzərinə un əlavə edib qovurmağa davam edin.
Sonra doğranmış kartof, duz,su və ya ət bulyonu əlavə edib kartof yumşalana və qatılaşana qədər bişirin.
Ocaqdan götürməzdən 2-3 dəqiqə əvvəl süd və qara bibər tozunu əlavə edib blenderdən keçirin. Şorba hazırdır!
Üzərinə bibərli,nanəli yağ əlavə edib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz