Xırt-xırt: Evdə Hazırlanmış Çips Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Çips resepti.
Görünüşü və dadı o qədər gözəldir ki, hazır çipslər qədər,hətta, deyerdim ki onlardan da qat-qat daha dadlı və ləzzətlidir. Mir.az evdə hazırlanmış, xırtıldayan, yağsız çips reseptini dərhal sınamanızı tövsiyə edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
2 ədəd yağlı xəmir1/2 çay fincanı zeytun yağı
1/2 çay fincanı su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı kəklikotu
1 diş sarımsaq
1 çay qaşığı duz (zövqə görə)
1 çay qaşığı mavi xaşxaş toxumu (Üzəri üçün)
Hazırlanma qaydası:
Sous üçün bir qaba tomat pastası, su, zeytun yağı və ədviyyatları əlavə edib qarışdırın. Ədviyyatların ətrini sousa daha yaxşı ötürmək üçün soyuducuda 1 saat saxlaya bilərsiniz.
Masanın üstünə yağlı xəmiri açıb sousu fırçanın köməyi ilə yarım yağlı xəmirin hər tərəfinə çəkin.Qalan yarısını üzərinə qatlayın və əlinizlə yüngülcə basın ki, bir-birinə yapışsın.
Üst səthə yenidən sousu yayın. Xəmiriniz çox nazik deyilsə, onu tərs çevirib alt səthinə də sous çəkə bilərsiniz.
Xəmiri 4-5 sm-lik kvadrat formasında kəsin və hər kvadratı iki hissəyə bölərək üçbucaq əmələ gətirin.
Hazır olan çips xəmirlərini yağlanmış nimçəyə bir sıra düzüb istəyə görə üzərinə xaşxaş toxumu səpin və 150 dərəcədə qızdırılmış sobada qızarana, quruyub bərkiyənə qədər bişirin.
Çipslər hazır olduqdan sonra yeyə bilərsiniz.
Üzərini açıq saxlasanız, uzun müddət xırtıldayan saxlaya bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz