Olduqda Ləzzətli : Kartof Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Kartofdan şorba olarmı ? - deməyin. Əlbəttə ki olar! Üstəlik hamının bəyənəcəyi , ləzzət alacağı bir şorba olacaq. Mir.az kartof şorbası reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd kartof1 ədəd soğan
3 diş sarımsaq
2 xörək qaşığı yağ
1 litr su
1 çay qaşığı qatıq
1 xörək qaşığı un
1 yumurta sarısı
1 çay qaşığı limon suyu
1 çay qaşığı duz
Üzəri üçün:
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı qırmızı bibər tozu
Hazırlanma qaydası:
Əvvəlcə soğan və sarımsağı xırda doğrayıb yağda çəhrayı rəng alana qədər qovurun.
Sonra kub formasında doğradığınız kartofu əlavə edin və kartof yumşalana qədər qovurmağa davam edin.
10 dəqiqədən sonra suyu əlavə edib qaynamağa buraxın.
Digər tərəfdən qatıq, un, yumurta sarısı və limonu çalın.
Şorba qaynayanda hazırladığınız qarışımı içərsinə əlavə edin və təkrar bişməyə buraxın.
Bişdikdən sonra üzərinə kərə yağı və qırmızı bibər tozunu əlavə edib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz