Azərbaycancaaz
Mir.az » Resept » Atom Peçenyesi: Əncirli Peçenye Resepti

Atom Peçenyesi: Əncirli Peçenye Resepti

40
asan resept,asan yemək resept,sadə resept
2025 calories, 20 grams fat
Atom Peçenyesi: Əncirli Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ziyafət süfrələrində çayın yanında mütləq hazırlanmalı bir resept. Hamı dadına ,aromasına heyran qalacaq. Və əminik ki, bu resepti mütləq şirniyyat kitabçanıza əlavə edəcəksiniz.
Mir.az əncirli peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

İçlik üçün:
10 ədəd quru əncir
6 ədəd quru ərik
1 ovuc kişmiş
10 ədəd qoz (iri formada doğranmış)
3 ədəd orta ölçü alma
1 stəkandan 1 barmaq az şəkər tozu
1 çay qaşığı darçın

Xəmir üçün:
250 q marqarin və ya kərə yağı
1 yumurta sarısı (ağ üzəri üçün istifadə olunacaq)
1 çay qaşığı qatıq
1 çay stəkanı yağ
1 paket vanil
1 paket qabartma tozu
Apardığı olduğu qədər un (təxminən 4,5 stəkan)
1 kasa əzilmiş fındıq
1 kasa bəkməz

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün sürtgəcdən keçilmiş alma və şəkər tozunu qovurun.
Əncir və əriyi kiçik kub şəklində doğrayın.
Ocaqda qovrulan almaya əncir, üzüm, ərik və qoz əlavə edib ocağın altını və qazanın qapağını bağlayıb soyumağa buraxın. ( Otaq temperaturunda əncir və ərik yumşalacaq ).
Xəmir üçün lazım olan inqrediyentləri yoğurma qabına töküb qulaq məməsi kimi yumşaq xəmir yoğurun və qoz böyüklüyündə kündələr edin.
Əlinizlə kündələri açıb içərisinə alma və əncirli qarışımdan qoyub təzədən ovucunuzda yumrulayın.
Sonra üzərinə yumurta ağını çəkib ardı ilə fındığa batırın və yağlı kağızla örtülmüş soba nimçəsinə qoyub 180 dərəcə sobada üzəri çəhrayılaşana qədər bişirin.
Bişdikdən sonra üzərinə bir xörək qaşığı bəkməz töküb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz