Azərbaycancaaz
Mir.az » Resept » Olmaz Deməyin : Əriştəli Salat Resepti

Olmaz Deməyin : Əriştəli Salat Resepti

25
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Olmaz Deməyin : Əriştəli Salat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Əriştə ilə salat olarmı ? - deməyin. Əlbəttə ki olar. Üstəlik ən dadlı ,ləzzətli salatlar siyahısında öz yerini alacaq şəkildə.
Mir.az əriştəli salat reseptini təqdim edir

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 kasa böyük əriştə
1 stəkan konservləşdirilmiş qarğıdalı
2.3 ədəd qovrulmuş qırmızı bibər
5-6 ədəd xiyar turşu
1 xörək qaşığı mayonez
5-6 xörək qaşığı qatıq
2 diş sarımsaq
Duz ( zövqə görə )
2 xörək qaşığı zeytun yağı

Üzəri üçün;
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı qırmızı bibər tozu
5 ədəd qoz ləpəsi

Hazırlanma qaydası:

Əvvəlcə tavaya yağ əlavə edib əriştələri qovurun və duz və qaynar su əlavə edib bişirin.
Bişdikdən sonra qaba töküb üzərinə bir az zeytun yağı əlavə edib qarışdırın ki, bir-birinə yapışmasın.
Ardı ilə digər inqrediyentləri də əlavə edib yaxşıca qarışdırın.(Qatığın miqdarını artıra bilərsiniz.)
Süfrəyə apardığınız zaman üzərinə qoz, istiot və zeytun yağını yağda dağ edib vəzdirdikdən sonra verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz