Azərbaycancaaz
Mir.az » Resept » Ətirli və Dadlı : Çərkəz Plovu Resepti

Ətirli və Dadlı : Çərkəz Plovu Resepti

22
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Ətirli və Dadlı : Çərkəz Plovu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Plov resepti.
Dadlı, ləzzətli plov resepti istəyirsinizmi ? Odur ki ,Mir.az Çərkəz plovu reseptini təqdim edir. Bu plov onu yeyən hər kəsdən tam qiymət alan ,dadına söz ola bilməyən bir plov reseptdir. Sizdə mütləq sınayıb dadına baxmalısınız.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 2 ədəd qaynadılmış toyuq bud dibi və ya bud
  • 1 xörək qaşığı kərə yağı
  • 1 diş sarımsaq
  • 1 çay qaşığı quru nanə
  • 1 çay qaşığı qara bibər
  • 1 çay qaşığı ucu ilə kimyon
  • 1 stəkan düyü
  • 2 stəkan toyuq bulyonu (və ya adi su istifadə edib toyuq bulyonu ilə qarışdıra bilərsiniz)

Hazırlanma qaydası:

Qaynamış və uzun formada doğranmış toyuq ətini kərə yağı ilə birlikdə yapışmayan qazana və ya tavaya əlavə edib yağ əriyənə qədər qarışdırın.
Nanə, qara bibər, kimyon,1 diş sarımsaq əlavə edib qarışdırmağa davam edin.
Üzərinə 1 stəkan yuyulmuş və süzülmüş düyünü əlavə edib toyuq altda qalacaq şəkildə üstdən düyünü yavaşca qarışdırın.
Sonda 2 stəkan toyuq bulyonu əlavə edib (adi su da istifadə edə bilərsiniz) qapağı bağlayın.
Düyü suyunu çəkib bişənə toyuqlar qızarana qədər bişirin.
Bişdikdən sonra ocaqdan götürüb 15-20 dəqiqə kənarda ,qapağı bağlı şəkildə saxlayın.
Süfrəyə verilən zaman tavanı tərs çevirin və sevdiklərinizlə ətirli çərkəz plovunu bölüşün.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz