Mayasız İspanaqlı Qutab Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qutab resepti.
Bu gün səhər yeməyiniz, günorta çayınız və ya istədiyiniz zaman daha az inqrediyentlə hazırlana bilən yumşaq qutab reseptimiz var.
İçini zövqünüzə uyğun olaraq istədiyiniz inqrediyentlə dəyişə və ya hazırlaya bilərsiniz.
Un, duz və su ilə hazırlanan bu resepti yadda saxlamağı unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
60 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
Xəmir üçün:2 stəkan su
5 stəkan un
1,5 çay qaşığı duz
İçlik üçün:
1 dəstə ispanaq
1 stəkan kəsmik
2 xörək qaşığı qədər yağ
1/2 çay qaşığı duz
Zövqə görə acı bibər
Hazırlanma qaydası:
Xəmir üçün lazım olan inqrediyentləri bir qaba əlavə edib yumşaq xəmir yoğurun (ən azı 15 dəqiqə) və yarım saat kənarda saxlayın.
İçlik üçün yuyulub doğranmış ispanaq, kəsmik, duz və yağı əllərinizlə yaxşıca qarışdırın.
Xəmirdən 10 ədəd kündə hazırlayın və üzərinə azca un səpərək mümkün qədər nazik açıb içinə hazırlanan məhluldan qoyub qutab formasında bükün.
Əvvəlcədən isidilmiş yapışmayan tavada tez-tez çevirərək bişirin.
Bişdikdən sonra qutabların üzərinə kərə yağı sürtüb servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz