Azərbaycancaaz
Mir.az » Resept » Qaymaq Şərt Deyil : Göbələkli Makaron Resepti

Qaymaq Şərt Deyil : Göbələkli Makaron Resepti

62
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Qaymaq Şərt Deyil : Göbələkli Makaron Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qaymaqdan istifadə edilən göbələkli makarona baxmayaraq, bu dəfə qaymaqsız, kərə yağlı ,dadlı göbələkli makaronla qarşınızdayıq.
Mir.az göbələkli makaron reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

1 paket qələm makaron
10 ədəd göbələk
2 ədəd təzə kəklikotu
1+1/2 xörək qaşığı kərə yağı
1 çay qaşığı iri üyüdülmüş qara bibər
1 çay qaşığı iri üyüdülmüş dəniz duzu
5 stəkan su

Hazırlanma qaydası:

Dərin bir qazana 5 stəkan su və duz əlavə edib qaynadın.
Qaynayan suya makaronu əlavə edin və 7-8 dəqiqə qaynadıb süzün.
1 xörək qaşığı kərə yağını əridin və süzülmüş makarona əlavə edib qapağını örtün və aşağı istilikdə 2-3 dəqiqə dəmlənməsinə icazə verin.
Tavada 1/2 xörək qaşığı kərə yağını əridin və təmizlənmiş göbələkləri ( yumayın ,sadəcə nəm parça ilə silin ) tavaya əlavə edin və suyunu buraxdıqda duz və istiot səpin.
Qaynadılmış makaronu göbələk olan tavaya əlavə edib təzə kəklikotu ilə ləzzətləndirin. Budur, göbələkli makaron hazırdır!

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz