10 Dəqiqəyə Hazır: İspanaqlı Boranı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Süfrələrə təravət qatacaq dadlı, asan və sağlıqlı reseptimiz var! Axşam yeməyində və ya günorta ispanaqlı boranıya üstünlük verə bilərsiniz.
Mir.az sizi 10 dəqiqəyə hazır olan ispanaqlı boranı hazırlamağa dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
500 qram ispanaq1 ədəd soğan
1 çay qaşığı tomat pastası
3-4 xörək qaşığı zeytun yağı
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qrmızı toz bibər
1 çimdik qara istiot
Servis üçün:
2 xörək qaşığı zeytun yağı
5-6 ədəd qoz ləpəsi
1 çay qaşığı qırmızı toz bibər
1 kasa sarımsaqlı qatıq
Hazırlanma qaydası:
Soğanı doğrayın və bir az duz əlavə edib zeytun yağında qızardın.
Yuyulmuş ispanaqı xırda doğrayın.
Soğan çəhrayılaşdıqda tomat pastasını əlavə edib qovurmağa davam edin. Üzərinə ispanağı əlavə edib yavaşca qarışdırın və qapağını bağlayıb 5-10 dəqiqə aşağı istilikdə bişirin. ( Tez yumşalacaqlar. )
Sonra qalan duz və ədviyyatları əlavə edib ocağı söndürün.
Zeytun yağını qızdırın və iri doğranmış qozları əlavə edib 1-2 dəqiqə qovurun.
Qırmızı toz bibəri də əlavə edib söndürün.
İspanaq isti ikən boşqaba qoyub üzərinə qatıq və sous gəzdirib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz