Azərbaycancaaz
Mir.az » Resept » Axşama Ziyafət Var : Qaroxlu Kartoflu Toyuq Resepti

Axşama Ziyafət Var : Qaroxlu Kartoflu Toyuq Resepti

29
asan resept,asan yemək resept,sadə resept
440 calories, 4 grams fat
Axşama Ziyafət Var : Qaroxlu Kartoflu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qarox ,toyuq və kartof birləşdikdə nə baş verir? Təbii ki, gözəl ziyafət olur,dadından doymaq olmur və mədələr bayram edir. Asan və ləzzətli şam yeməyi düşünənlər bu resepti mütləq dadmalıdırlar. Əvvəlcədən bişirməyə ehtiyac olmadan hazırlanan bu resept həm çox dadlıdır, həm də az tərkiblidir. Kartofu dilimləyib bol-bol sarımsaq əlavə etdikdə sobadan çıxan qoxulara müqavimət göstərməkdə çətinlik çəkəcəksiniz. Odur ki, Mir.az qaroxlu kartoflu toyuq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

4 ədəd toyuq budu
3 ədəd kartof
1 baş sarımsak
1 kasa qarox
3 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər tozu
1 çay qaşığı toz qırmızı bibər

Üzəri üçün:
1 yemək qaşığı tomat pastası
1/2 stəkan su
1 yemək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Kartofu doğrayın və azca yağlanmış soba qabına qoyun.
Bir qabda zeytun yağı və ədviyyatları qarışdırın və bu qarışımla toyuğu ovuşdurun.
Kartofun üzərinə toyuq ətini düzüb üstünə noxud səpin.
Sarımsağı təmizləyib əzin və soba qabına əlavə edib yağlı kağızla üzərini örtün və əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 45 dəqiqə bişirin.
Sonra sobadan çıxarın və üstündən kağızı götürüb fırçanın köməyi ilə qabda qarışdırdığınız tomat pastası, su və yağı üzərinə gəzdirib 10 dəqiqə daha bişirin.
Bişdikdən sonra sobadan çıxarıb isti servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz