Türkiyə Mətbəxindən: Pudinq ( Muhallebi ) Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
O qədər sadə və hazırlanması asan,dadlı bir desertdir ki , hər zaman hazırlamaq istəyəcəksiniz. Hazır olduqdan sonra qurudulmuş meyvə, şokolad və müxtəlif meyvə sousları ilə süfrəyə verə bilərsiniz.
Mir.az pudinq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
5 stəkan süd1 stəkan şəkər tozu
3 xörək qaşığı buğda nişastası (ələnmiş)
1 paket vanil
1/2 stəkan un (ələnmiş)
1 çay qaşığı kərə yağı
Servis üçün:
1 ədəd banan
1 xörək qaşığı Antep fıstığı tozu
Hazırlanma qaydası:
5 stəkan südü böyük bir qazana əlavə edin və üzərinə yarım stəkan un, 3 xörək qaşığı buğda nişastası və 1 stəkan şəkər tozunu töküb qarışdırın və ocağın altını yandırın.( Rəng və qatılıq verməsi üçün 1 ədəd yumurta da əlavə edə bilərsiniz)
Davamlı qarışdıraraq qatılaşana qədər bişirin.
Pudinq halını aldıqdan sonra ocağın altını söndürün.
Hələ isti ikən içərisinə 1 çay qaşığı kərə yağı və 1 paket vanil əlavə edib çırpın.
Hazır olan pudinqi istədiyiniz fincan, kasa və ya bakallara doldurub soyuması üçün kənara qoyun. Soyuduqdan sonra üzərini toz fıstıqla , bananla bəzəyib sevdiklərinizlə bölüşə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz