Azərbaycancaaz
Mir.az » Resept » Evdə Fast Food Vaxtıdır: Hamburger Kotleti Resepti

Evdə Fast Food Vaxtıdır: Hamburger Kotleti Resepti

40
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Evdə Fast Food Vaxtıdır: Hamburger Kotleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
İndi çöldə yediyiniz hamburgerdən qat-qat dadlı, ləzzətli olacaq mükəmməl bişmiş, sulu hamburger kotletləri hazırlamaq və öz dadlı menyunuzu yaratmağın vaxtıdır!
Yanına da sobada ədviyyatlı kartof da hazırlayıb axşam saatlarında evdə fast fooddan həzz alın.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 500 qram orta yağlı mal əti qiyməsi (dana sinəsinə üstünlük verilir)
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı çörək qırıntıları
  • 1 xörək qaşığı üzüm bəkməzi
  • 1 xörək qaşığı xardal (zövqə görə)

Hazırlanma qaydası:

Kotlet üçün lazım olan bütün inqrediyentləri bir qaba əlavə edib yoğurun.Çox yoğurmayın, sadəcə inqrediyentləri qarışdırın.(Ətin dadından tam həzz almaq üçün duz və təzə üyüdülmüş qara bibərdən başqa ədviyyatlardan istifadə etməyin.)
Hazırladığınız məhlulu 5 hissəyə bölün və üzərinə əlinizlə basaraq dairə şəklini verin. Bu halda ən azı 2 saat soyuducuda saxlasanız, dadı daha dadlı olar.(0-4 dərəcə)
Forma verdiyiniz kotletləri çuğun tavanı yaxşıca qızdırdıqdan sonra hər iki tərəfini bişirin.Bişirmə vaxtını çox uzatmayın.(Üzərinə basdığınız kotletlər sulu olmalıdır.)

Hamburger kotletləriniz hazırdır.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz