Xırtıldayan Ləzzət: İspanaqlı Qol Börəyi Resepti
Yemək Haqqında:
NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3 ədəd yağlı xəmirİçlik üçün:
2 dəstə ispanaq
1 ədəd soğan
1 çay qaşığı duz
2 xörək qaşığı zeytun yağı
Sous üçün:
3 xörək qaşığı qatıq
1 çay fincanı qazlı su
1 ədəd yumurta
1 çay fincanı maye yağ
Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı xaşxaş (zövqə görə)
Hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün tavada xırda doğranmış soğanı qızardın.
Üzərinə yuyulmuş və doğranmış ispanağı əlavə edib bişirin.
İspanaq bişəndə duz əlavə edib ocaqdan götürün və soyumağa buraxın.
Bütün sous inqrediyentlərini bir qabda qarışdırın. Yağlı xəmirlərin hər birinə hazırlanmış sousdan hər tərəfinə yayın və içliyi bərabər şəkildə yayıb xəmirləri rulon şəklində bükün.
Rulon formalı börəkləri yağlanmış yuvarlaq bir soba qabına qoyub üzərinə bol miqdarda sousdan yayın və yumurta sarısı çəkin.
Əvvəlcədən isidilmiş sobada 190 dərəcə 25-30 dəqiqə bütün sous udulana və üstü qızılı rəng alana qədər bişirin.
Sobadan çıxarıb otaq temperaturunda bir müddət soyuduqdan sonra dilimləyib zövqlə yeyin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz