Qış Enerjisi: Yüksük Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Ənənəvi mətbəximizdən başqa bir dad bombardmanı resepti ilə qarşınızdayıq. Şorbaların ən yaxşı tərəfi odur ki, harada olursunuzsa olun içinizi isidirlər.Xüsusilə soyuq qış günlərində bir qaşıq isti şorba ilə isinib dincəlməyən insan yoxdur.
Adını içindəki mantı hazırlamaq üçün xəmiri xırda-xırda doğramaq üçün istifadə edilən yüksükdən alan bu şorba bəzi bölgələrdə mantı şorbası olaraq da tanınır. Tərkibində noxud var,mantı var, bulyon var, başqa nə olsun? Qışda ehtiyacınız olan enerji mətbəxinizdə. Buyurub hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 xörək qaşığı tomat pastası2 xörək qaşığı kərə yağı
3,5 stəkan dondurulmuş mantı və ya evdə hazırlanmış
2 stəkan qaynadılmış noxud
6.5 stəkan ət suyu
3 çay qaşığı quru nanə
2 çay qaşığı duz
Hazırlanma qaydası:
Kərə yağı əridib tomat pastası əlavə edin və bir neçə dəqiqə qızardın.
Üzərinə bulyonu ona əlavə edin və qaynamağa buraxın.
Bulyon qaynayanda mantı və qaynadılmış noxud əlavə edin.
Ardı ilə duz və nanə əlavə edin və mantı yumşaq olana qədər təxminən 20 dəqiqə bişirin.
Bişdikdən sonra isti halda servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz