Azərbaycancaaz
Mir.az » Resept » Holland Pendiri Sürtgəcdən Keçilsin: Pomidor Şorbası Resepti

Holland Pendiri Sürtgəcdən Keçilsin: Pomidor Şorbası Resepti

45
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Holland Pendiri Sürtgəcdən Keçilsin: Pomidor Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Ən çox sevdiyiniz şorba resepti hansıdır? Deyə bilərik ki, pomidor şorbasının bizim üçün xüsusi yeri var.Qızardılmış çörək dilimləri və hətta ,sarımsaqlı çörək şorbaya fərqli bir dad qatar.
Mir.az soyuq qış günlərində hazırlayıb zövq ala biləcəyiniz pomidor şorbası reseptini təqdim edir.
Bu asan pomidor şorbasını hazırlayıb sevdiklərinizin içini isidin.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 xörək qaşığı kərə yağı
2 stəkan isti süd
5 ədəd böyük ölçü pomidor
2 xörək qaşığı un
4 stəkan isti bulyon
2 çay qaşığı duz

Servis üçün:
1 stəkan sürtgəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

Kərə yağını əridin.Üzərinə un əlavə edin və qoxusu çıxana qədər zəif odda qovurun.
Qovrulmuş un qarışığına sürtgəcdən keçirilmiş pomidorları əlavə etdikdən sonra 5 dəqiqə bişirin.
Üzərinə isti bulyon və duz əlavə edin.
Çürüməməsi üçün südü qızdırıb az-az əlavə edin və tez-tez qarışdırın.
Şorba qaynayana qədər orta odda, sonra isə zəif odda 15 dəqiqə bişirin.
Daha hamar bir şorba əldə etmək üçün bir blenderdən keçirin.
Hazır olduqdan sonra kasalara qoyun və üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz