Azərbaycancaaz
Mir.az » Resept » Soyuq İspaniya: Gazpacho (Qazpaço ) Şorba Resepti

Soyuq İspaniya: Gazpacho (Qazpaço ) Şorba Resepti

41
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Soyuq İspaniya: Gazpacho (Qazpaço ) Şorba Resepti

Yemək Haqqında:

İspaniya mətbəxindən Şorba resepti.
Gazpacho (Qazpaço) İspaniyanın cənub bölgəsində kəşf edilən, çiy tərəvəzlərdən hazırlanan və soyuq, adətən,pomidordan ibarət olan dünyaca məşhur şorba növüdür. İsti günlərdə təravətlənmək və sərinləmək üçün içilir. Avokadolu,qarpızlı, üzümlü,ət suyu ilə, dəniz məhsulları kimi dəli sortları da var, unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

4 ədəd böyük pomidor
2 ədəd orta ölçü soğan
3 diş sarımsaq
2 ədəd xiyar
1 ədəd orta ölçü dolmalıq bibər
1 ədəd orta ölçü qırmızı bibər
4 dilim çörək qırıntıları
5 stəkan su
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı üzüm sirkəsi
1 xörək qaşığı mayonez
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Soyulmuş pomidorları, soğanı və xiyarları böyük kub şəklində doğrayın.
Sarımsağı soyun.
Yaşıl və qırmızı bibəri yarıya bölün və içini təmizləyin.
Bütün doğranmış tərəvəzləri və çörəyi qida prosessoruna əlavə edib püre halına gətirin.
Şorba inqrediyentlərini dərin bir kasaya əlavə edib üzərinə su tökün və tel çırpıcının köməyi ilə qarışdırın.
Zeytun yağı, üzüm sirkəsi, mayonez, duz və istiot əlavə edib qarışdırmağa davam edin.
Şorbanı soyuducuda soyuduqdan sonra istəyə görə krutonlarla ( qızardılmış çörək dilimləri ) süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz