Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq və Az İnqrediyentli: Mini Keks Resepti

Yumşaq və Az İnqrediyentli: Mini Keks Resepti

88
asan resept,asan yemək resept,sadə resept
720 calories, 7 grams fat
Yumşaq və Az İnqrediyentli: Mini Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
O qədər yumşaq, o qədər gözəl, o qədər ətirli və asan keks reseptidir ki, onu həmişə hazırlamaq istəyəcəksiniz.Bu mini keksləri bişirdiyiniz an sizi əhatə edəcək ecazkar qoxuya qarşı dura bilməyəcəksiniz və bir stəkan çay götürüb ləzzətlə yemək istəyəcəksiniz.Üstəlik hər zaman mətbəxinizdə olan inqrediyentlərlə cəmi 10 dəqiqəyə hazırlaya biləcəyiniz bu ləzzətli keks sizinlə görüşməyi səbirsizliklə gözləyir.
Mir.az Mini keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

7 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 2 ədəd yumurta
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan maye yağ
  • 1/2 stəkan qatıq
  • 1 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 1 xörək qaşığı kakao
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə köpüklənənə qədər çalın.Üzərinə kakaodan başqa digər inqrediyentləri əlavə edib yaxşıca qarışdırın.
Kiçik keks qəliblərini soba nimçəsinə qoyun və hər keks qəlibinə 2 qaşıq xəmir qoyun.( bu reseptlə 7 ədəd alınacaq)
Qalan xəmirə kakao əlavə edib yaxşıca qarışdırın və əvvəki keks qəliblərinin üzərinə əlavə edin.
( Belə olduqda iki rəngli keks alınacaq. )
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin və bişmə vaxtı bitdikdən sonra diş çubuğu ilə bişib-bişmədiyini yoxlayın.
Bişdikdən sonra sobadan çıxarın və soyumasını gözləyib servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz