Qızarmış Çörəklər Məst Oldu : Türkiyə Mətbəxindən Muhammara Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Həmişə əlinizdə olan inqrediyentlərdən hazırlaya biləcəyiniz ən yaxşı qəlyanaltılardan biri: Muhammara resepti…
Həmişə əlinizdə olan inqrediyentlərdən hazırlaya biləcəyiniz ən yaxşı qəlyanaltılardan biri: Muhammara resepti…
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
6 xörək qaşığı bibər pastası1/3 stəkan qızarmış çörək qırıntıları
1/3 stəkan qoz ləpəsi
1 xörək qaşığı tahin
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı kimyon
1 diş sarımsaq
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı sumaq
1.5 çay qaşığı duz
Hazırlanma qaydası:
Qızarmış çörək qırıntılarını qida prosessorundan keçirib qaba tökün.
Qoz ləpəsini qida prosessorundan keçirin.
Sarımsağın qabığını soyub yaxşıca əzin.
Bibər pastasını bir qaba əlavə edib çörək qırıntıları ilə qarışdırın.
Üzərinə tahin,sarımsaq, duz və digər ədviyyatları əlavə edib qarışdırmağa davam edin.
Sonda zeytun yağı əlavə edib servis boşqabına qoyun. Üzərinə qoz ləpəsini səpib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz