Azərbaycancaaz
Mir.az » Resept » Pendirə Aşiq: Türkiyə Mətbəxindən Girit Əzməsi Resepti

Pendirə Aşiq: Türkiyə Mətbəxindən Girit Əzməsi Resepti

31
asan resept,asan yemək resept,sadə resept
2 calories, 2 grams fat
Pendirə Aşiq: Türkiyə Mətbəxindən Girit Əzməsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Pendirə aşiq Girit əzməsi qəlyanaltısı.Səhər və ya axşam olmasının fərqi yoxdur.Qızardılmış çörəklə səhər yeməyində belə ailə üzvlərini sevindirməyə bəs edir və pendir yeməyənlərə belə pendir yedizdirir.
Mir.az Girit əzməsi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

50 qram ezine qoyun pendiri
20 qram berqama tulumu
20 qram kaşar kəsmiyi
10 qram qoz
10 qram badam
10 qram Antep fıstığı
5 ml sızma zeytun yağı
1/2 çay qaşığı qara zirə

Hazırlanma qaydası:

Bergama tulumunu sürtgəcdən keçirin.
Ezine qoyun pendirini və kaşar kəsmiyini çəngəllə əzin.
Qoz, badam və Antep fıstığını düyü boyda olana qədər sarımsaq əzənlə döyün. ( Mümkün qədər xırda olsun)
Bütün inqrediyentlərə zeytun yağı əlavə edib qarışdırın və istədiyiniz qəliblərə töküb forma verin.
Üzərinə qara zirə toxumlarını səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz