Azərbaycancaaz
Mir.az » Resept » Böyük Görüş: Humus Yatağında Kolbasa & Hellim Resepti

Böyük Görüş: Humus Yatağında Kolbasa & Hellim Resepti

30
asan resept,asan yemək resept,sadə resept
45 calories, 4 grams fat
Böyük Görüş: Humus Yatağında Kolbasa & Hellim Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Türk mətbəxinin diqqətəlayiq, iştahaaçan qəlyanaltısı ,şübhəsiz ki, güclü aroması ilə seçilən humusdur.Noxud və tahinin göz oxşayan, heyrətamiz ahəngindən danışmıram heç.
Bu dəfə çörəyin üzərinə türk mətbəxinin vazkeçilməzlərindən olan kolbasa və hellim pendiri ilə birlikdə humus gətirdik.Bu görüş bizi ilk dişləmədən deməyə vadar etdi ki, nəhənglərin görüşməsi ancaq bu qədər olar.
Mir.az humus yatağında kolbasa & hellim reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

300 qram noxud (qaynadılmış)
3 xörək qaşığı tahin
2 diş sarımsaq
1 çay qaşığı kimyon
1 çay qaşığı duz
1 çay qaşığı istiot
2 xörək qaşığı limon şirəsi
1.5 su şüşəsi zeytun yağı
100 qram hellim pendiri
1 çay qaşığı kərə yağı (kolbasa qızartmaq üçün, istəyə görə)
16 dilim kolbasa
4 dilim çörək

Hazırlanma qaydası:

Noxudları qaynadın və qabığını çıxarın.
Noxud, tahin, sarımsaq, kimyon, duz, istiot və bir az zeytun yağını blenderdə püre halına gətirin.
Pürenin daha yumşaq olmasını istəyirsinizsə,qalan zeytun yağını da əlavə edin və humusunuzu soyuducuya yerləşdirin.
Hellim pendirini orta ölçülü kub formasında doğrayın və tavada qızardın.
İstəsəniz kolbasaya kərə yağı əlavə edə və ya yağsız bişirə bilərsiniz.
Çörək dilimlərini kolbasanı qızartdığınız tavada qızdırın.
Kolbasanın yağı ilə dadını iki qat artıran çörəklərin üzərinə hazırladığınız humusu yayın.
Kolbasaları humusun üzərinə qoyun və onun üzərindən isə hellim pendirlərini qoyun.
Hellim pendirlərinə ləzzət vermək üçün təzə kəklikotu əlavə edib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz