Azərbaycancaaz
Mir.az » Resept » Dadı damaqdan getməyən milli yeməyimiz - Murqutuşun resepti

Dadı damaqdan getməyən milli yeməyimiz - Murqutuşun resepti

51
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Dadı damaqdan getməyən milli yeməyimiz - Murqutuşun resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Milli yeməklər resepti.
Murqutuş- Azərbaycanın unudulmuş qədim və dadlı yeməklərindən biridir. Dadı damağınızda qalacaq bu yeməyi hazırlayaraq süfrələrin əvəzolunmazı edin. Murqutuşun reseptini sizlərə təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

1 ədəd kənd çolpası
1 ədəd soğan
2 dəstə cəfəri
100 qr qoz
abqora və ya 0,5 limonun suyu
150 qr kərə yağı
duz, istiot
zövqə görə yarım stəkan nar dənəsi

Hazırlanma qaydası:

İlk öncə kənd çolpasını doğrayıb suda bişirin. Soğanı xırda doğrayıb tavada yağda qızılı rəng alana qədər bişirin. Cəfəriləri çox xırda doğrayıb qovrulmuş soğana əlavə edib qovurun. Üzərinə bişirdiyiniz toyuq tikələrini, duz və istiot əlavə edib 4-5 dəqiqə daha bişirin. Daha sonra xırda doğranmış qoz ləpəsi, limon suyu (və ya abqora) və bişirib süzdüyünüz toyuğun bulyonundan 1.5 stəkan əlavə edib 15 dəqiqə vam odda bişirin. Murqutuşu süfrəyə plovla verə bilərsiniz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz