Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Qış Günlərində İçiniz İsinsin : Türk Mətbəxindən Ezogelin Şorbası Resepti

Soyuq Qış Günlərində İçiniz İsinsin : Türk Mətbəxindən Ezogelin Şorbası Resepti

18
asan resept,asan yemək resept,sadə resept
660 calories, 6 grams fat
Soyuq Qış Günlərində İçiniz İsinsin : Türk Mətbəxindən Ezogelin Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Türk mətbəxinin sevilən şorbalarından Ezogəlin şorbası. Ləzzətli dadı ilə süfrənizdə qonaq olacaq və soyuq qış günlərində içinizi isidəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1.5 stəkan qırmızı mərcimək
  • 1/2 stəkan bulqur
  • 2-3 xörək qaşığı düyü
  • 2 ədəd soğan
  • 1 baş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı quru nanə
  • 1 çay qaşığı qara istiot
  • 1 xörək qaşığı bibər pastası
  • 1 çayqaşığı tomat pastası
  • 1 xörək qaşığı kərə yağı
  • 4 stəkan ət suyu

Hazırlanma qaydası:

Əvvəlcə soğanı və sarımsağı xırda-xırda doğrayıb yağda qovurun. Qovurduqdan sonra üzərinə mərcimək,bulqur və düyünü töküb qarışdırın.
Sonra ədviyyatları və tomat pastasını əlavə edib üzərinə ət suyunu tökün.Qoxusu gedənə qədər qapağı bağlı olaraq aşağı istilikdə bişirin.
Blender ilə qarışdırıb servis edə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz