Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 4 Ərzaqla Hazırlanan Coco Peçenye Resepti

Cəmi 4 Ərzaqla Hazırlanan Coco Peçenye Resepti

38
asan resept,asan yemək resept,sadə resept
1820 calories, 18 grams fat
Cəmi 4 Ərzaqla Hazırlanan Coco Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Hazırlanması təəccüblü dərəcədə asan olan bu peçenye sizin yeni sevimliniz olacaq.
Bol Hindistan cəvizinin ekzotik qoxuları şəkər tozu ilə birləşdikdə, gözəl qoxular evinizin qapısını döyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

18 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta ağı
  • 1 stəkan şəkər tozu
  • 300 qram Hindistan cəvizi tozu ( kokos )
  • 1/2 çay qaşığı vanil

  • Dekorasiya üçün:
  • 100 qram tünd şokolad
  • 1 çay qaşığı tort bəzəyi

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə ağaranadək çalın. Qarışığa az-az vanil və Hindistan cəvizi tozunu əlavə edib xəmir yoğurun ( Bu mərhələdə kokosun miqdarını 100 qram azaldaraq yumşaq peçenyelər əldə edə bilərsiniz).
Hazırladığınız qarışığı 15-20 dəqiqə soyuducuda saxlayın ki, asanlıqla forma alsın. Dondurma qaşığı, ədviyyat qaşığı və ya şorba qaşığı kimi bənzər alətlərdən istifadə edərək xəmirdən götürüb forma verib yağlı kağız sərilmiş soba qabına qoyun. Əvvəlcədən
160 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Pişirmə vaxtınız yarıya çatdıqda, bərabər bişirmək üçün soba qabını 180 dərəcə çevirə bilərsiniz. Sobadan götürdükdən sonra bişmiş peçenyeləri otaq temperaturunda soyudun.
Dekorasiya üçün peçenyelərin altını əridiyiniz şokoladın içinə batırıb və ya üzərini şokolada batırıb tort bəzəkləri ilə bəzəyin. Bəzədikdən sonra soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra servis edə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz