Azərbaycancaaz
Mir.az » Resept » Dənizdən Gələn Dad : Sobada İçi Doldurulmuş Balıq Resepti

Dənizdən Gələn Dad : Sobada İçi Doldurulmuş Balıq Resepti

36
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Dənizdən Gələn Dad : Sobada İçi Doldurulmuş Balıq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Axşama balıq kimi yüngül zülallı yemək hazırlamaq istəyirsinizsə bu resept tam sizə görədir. Qonaqlarınız asan hazırlanan içi doldurulmuş balıq yeməyinin dadına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1 kq balıq

  • İçlik üçün:
  • 1 ovuc qoz
  • 1 xörək qaşığı limon şirəsi
  • 1 ovuc üzüm qurusu
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə balığı təmizləyib ,içərisini çıxarıb iç və çöl hissəsini duzlayın.
Qozu blenderlə xırdalayın.
Üzüm qurusunun üzərinə qaynar su töküb bir-iki dəqiqə saxlayıb suyunu süzün və xırda doğrayın. Soğanı da xırda doğrayıb yağda qızardı.
Bir qaba qoz, üzüm qurusu, qızardılmış soğan, limon suyu və duz töküb içlik hazırlayıb balığın içərisinə doldurun. Balığı mətbəx sapıyla tikib yağlanmış soba qabına yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saata yaxın bişirin. Bişən balığı servis boşqabına qoyub ,saplarını çıxarıb limon dilimləri və istədiyiniz qarnirlə servis edə bilərsiniz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz