Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətinə Doymaq Olmaz : Kişmişli Keks Resepti

Ləzzətinə Doymaq Olmaz : Kişmişli Keks Resepti

379
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Ləzzətinə Doymaq Olmaz : Kişmişli Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Dadlı , ləzzətinə doyum olmayan keks hazırlamağa nə deyirsiz?

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

100 qram kərə yağı
170 qram şəkər tozu
3 ədəd yumurta
200 ml xama
150 qram üzüm qurusu
300 qram un
2 çay qaşığı qabartma tozu
1 çimdik duz
1 paket vanil

Hazırlanma qaydası:

Bir qabda yumşaldılmış kərə yağı və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları edib çırpmağa davam edin.Xamanı da əlavə edib qarışdırın.
Üzüm qurusunu yuyub suyunu qurudun. Çırpdığınız kütləyə üzüm qurusu, un, qabartma tozu, duz və vanil əlavə edib spatulayla( və ya taxta qaşıqla) qarışdırın. Uzunsov keks qəlibinə yağlı kağız sərib xəmiri əlavə edin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişdikdən sonra otaq temperaturunda soyudun və üzərinə şəkər kirşanı səpib servis edin.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz