Azərbaycancaaz
Mir.az » Resept » Uşaqların Sevəcəyi Ləzzət : Ev Şəraitində Sosisqanın Hazırlanma qaydası və Resepti

Uşaqların Sevəcəyi Ləzzət : Ev Şəraitində Sosisqanın Hazırlanma qaydası və Resepti

27
asan resept,asan yemək resept,sadə resept
105 calories, 10 grams fat
Uşaqların Sevəcəyi Ləzzət : Ev Şəraitində Sosisqanın Hazırlanma qaydası və Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Sosiska dədikdə kimisinin ağzı sulanır, kimisi isə ağız büzər. Ağız büzmənin əhəmiyyətli səbəblərindən tərkibinə qatılan ətin və ya toyuğun hansı hissəsindən istifadə edildiyi bilinmədiyi üçündür. Mir.az uşaqlarınıza könül rahatlığı ilə verə biləcəyiniz ev şəraitində hazırlanan toyuq sosiskasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

500 qram toyuq filesi
1 ədəd yumurta
50 qram kərə yağı
100 ml süd
1 çqy qaşığı duz
2 çimdik istiot
0,5 çay qaşığı pul bibər
0,5 çay qaşığı keşniş toxumu

Hazırlanma qaydası:

İlk öncə toyuq ətini yaxşıca yuyub ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırın. Üzərinə yumurta, pul bibər, duz, istiot, keşniş toxumu və süd əlavə edib qarışdırmağa davam edin. Dəzgahın üzərinə streç sellofan sərin və 2 xörək qaşığı farşdan qoyub sellofanı konfet kimi bükün. (Hava qalmaması üçün çalışın sosiskaları sıx bükün) Kənarlarını sapla bağlayın.
Sosiskaları soyuq su dolu qazana əlavə edib 20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın. Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz