Azərbaycancaaz
Mir.az » Resept » Şam Yeməyi Üçün İdeal : Göbələkli Antrikot Resepti

Şam Yeməyi Üçün İdeal : Göbələkli Antrikot Resepti

121
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Şam Yeməyi Üçün İdeal : Göbələkli Antrikot Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu , bir şam yeməyi və ya qonaq süfrəsi üçün ideal bir yeməkdir. Bundan əlavə, mal əti insan orqanizmi üçün lazım olan dəmirlə zəngin bir məhsuldur. Mir.az göbələklə bişirilmiş antrikot yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

400 qram dana əti antrikot
300 qram göbələk
40 qram kərə yağı
4 xörək qaşığı zeytun yağı
3 xörək qaşığı qırmızı şərab sirkəsi
2 xörək qaşığı dənə istiot
1 ədəd soğan
1 diş sarımsaq
1 çay qaşığı kəklikotu
1 xörək qaşığı limon suyu
Duz

Hazırlanma qaydası:

Bir qabda qırmızı şərab sirkəsi, kəklikotu və 2 xörək qaşığı əridilmiş kərə yağını qarışdırın.
Sarımsağı əzib marinada əlavə edin.
Antrikotu hazırladığınızın marinada yaxşıca bulayın və bir qabda 30 dəqiqəlik soyuducuya yerləşdirin. Dənə istiotu həvəngdəstədə yaxşıca əzin.
Soğanı dilimləyin və üzərinə limon suyu sıxıb kənarda saxlayın.
Antrikotu soyuducudan götürüb üzərini mətbəx salfetiylə qurulayın və hər iki tərəfinə istiot və duz səpib ət çəkiciylə döyün.
Zeytun yağını tavada isidin və əti 1,5-2 dəqiqə yağda iki tərəfli bişirin. Daha sonra yenidən duzlayın.
Əti bişirdiyiniz tavaya kərə yağı töküb daha 9 dəqiqə yağda antirkotu orta ocaqda ikitərəfli bişirin. Bişən əti folqaya bükün.
Başqa bir tavada doğranmış şampinyon göbələyini və soğanı bişirin. Duz səpib ocaqdan götürün. Antrikotu göbələkli qarnirlə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz