Azərbaycancaaz
Mir.az » Resept » Yedikcə Yedizdirən Ləzzət: Acika Resepti

Yedikcə Yedizdirən Ləzzət: Acika Resepti

120
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Yedikcə Yedizdirən Ləzzət: Acika Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Mir.az qısa müddətdə hazırlayıb bankalara doldura biləcəyiniz acika reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

3 xörək qaşığı tomat pastası
3 xörək qaşığı bibər pastası
1,5 stəkan qoz ləpəsi (incə üyüdülmüş)
4 xörək qaşığı zeytun yağı
4 xörək qaşığı çörək qırıntıları (istəyə görə bayat çörək qırıntıları)
6 diş sarımsaq (rəndələnmiş və əzilmiş)
1 çay qaşığı qara bibər
1 çay qaşığı kimyon
1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

Bir qaba üyüdülmüş qoz,tomat və bibər pastası, sürtgəcdən keçilmiş sarımsaq, zeytun yağı, çörək qırıntıları və ədviyyatları əlavə edib qarışdırın.
Qarışımı bankaya doldurub üzərinə bir az zeytun yağı əlavə edin və soyuducuda saxlayın.
Hazır olan acikanızı istədiyiniz zaman yeməklərdə istifadə edib ləzzət ala bilərsiniz.
Acikanı həm də məzə kimi qonaq süfrələrində də istifadə edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz