Azərbaycancaaz
Mir.az » Resept » Mən Bunu Yeyərəm: Resepti Başqa Yerdə Olmayan Toyuq&Kartof Resepti

Mən Bunu Yeyərəm: Resepti Başqa Yerdə Olmayan Toyuq&Kartof Resepti

1 344
asan resept,asan yemək resept,sadə resept
530 calories, 5 grams fat
Mən Bunu Yeyərəm: Resepti Başqa Yerdə Olmayan Toyuq&Kartof Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması asan, yeməsi daha asan, dörd-beş adamın doyacağı toyuq kartof resepti. Mir.az toyuq&kartof reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 1 kiloqram toyuq budu
  • 1 kiloqram xırda kartof
  • 150 qram xırda pomidor ( cherry )
  • 1 baş sarımsaq
  • 1/2 dəstə cəfəri
  • 1/2 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı acı bibər tozu
  • 1 çay qaşığı nanə
  • 1 çaynqaşığı duz
  • 1/2mçay qaşığı qara istiot
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd limon

Hazırlanma qaydası:

Kartofu yaxşıca yuyun və qabığı ilə duzlu suda yumşalana qədər bişirin.
Sobanı 200 dərəcə qızdırın və soba qabında toyuqları zeytun yağı və ədviyyatlarla qarışdırın.
Sarımsağı qabığı ilə birlikdə əlavə edib sobaya qoyun və toyuqlar qəhvəyi olana qədər bişirin.
Kartof isti ikən qaşıq və ya kartof əzənlə üzərlərindən sıxın, lakin çox əzməməyə diqqət edin.
Sobadan çıxan toyuğun altına kartofu qoyun.Bu arada toyuqdan axan yağların kartofun üzərinə yaxşıca süzülməsinə diqqət yetirin.
Xırda pomidorları əlavə edib kartof və toyuq yaxşıca qızarana qədər yenidən 15 dəqiqə bişirin.
Sobadan çıxan yeməyin üzərinə cəfəri və limon dilimləri əlavə edərək süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz