Azərbaycancaaz
Mir.az » Resept » Vazkeçilməz İkili : Toyuqlu Plov Resepti

Vazkeçilməz İkili : Toyuqlu Plov Resepti

57
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Vazkeçilməz İkili  : Toyuqlu Plov Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu gün dadlı toyuqlu plov resepti ilə gəldik! Toyuqlu plov resepti üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

2 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 2 ədəd toyuq budu
  • 2 stəkan düyü
  • 2 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı maye yağ
  • 3 stəkan toyuq suyu
  • 1 ədəd soğan
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Əvvəlcə toyuq ətini və soyulmuş bütün soğanı qaynatmaq üçün qazana qoyun və üzərindən bir qarış yuxarı su əlavə edib qaynamağa qoyun.
Qaynamış toyuq ətini soyuduqdan sonra didin.
Düyünü ilıq suya qoyub nişastanın çıxmasını gözləyin.
Düyünü bişirəcəyiniz tavaya yağ əlavə edin və əridikdən sonra düyü və noxudu əlavə edib 5-10 dəqiqə qızardın.Sonra üzərinə diddiyiniz toyuğu, duzu və qaynadılmış toyuq bulyonundan 3 stəkan əlavə edib bir dəfə qarışdırıb qapağı bağlayın və zəif odda bişirin.
Bişdikdən sonra sevdiklərinizlə bölüşə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz