Azərbaycancaaz
Mir.az » Resept » Yumşaqmı Yumşaq: Qatıqlı Keks Resepti

Yumşaqmı Yumşaq: Qatıqlı Keks Resepti

5 900
asan resept,asan yemək resept,sadə resept
1035 calories, 10 grams fat
Yumşaqmı Yumşaq: Qatıqlı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qatıq kekslərə daxil olanda onlar daha yumşaq , daha gözəl olur. Xüsusilə evdə süd olmayanda sulu qatıq götürüb keks qarışığınıza tökün və hamının sevəcəyi dadlı keks hazırlayın.Budur,Mir.az dadlı qatıqlı keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

1 stəkan qatıq (sulu halda)
1 stəkan şəkər tozu
1 stəkan maye yağ
3 ədəd yumurta
1 paket qabartma tozu
2 paket vanil
3,5 - 4 stəkan un

Hazırlanma qaydası:

Asan Qatıqlı Tort Reseptinin İpucu
Bütün inqrediyentləri otaq temperaturunda istifadə etməyə diqqət edin.
Qatığınız sulu olmalıdır.


Yumurtaları şəkər tozu ilə mikser və ya çəngəllə yaxşıca çalın.
Yağ, qatıq, vanil əlavə edib çalmağa davam edin.
Sonda ələnmiş una qabartma tozunu az-az əlavə edib taxta qaşıq ilə qarışıma töküb qarışdırın.
Hazırladığınız xəmiri yağlanmış və unlanmış keks qəlibinə töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30-40 dəqiqə bişirin.
Sobadan çıxarıb otaq temperaturuna gəldikdən sonra dilimləyib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz